Canavarlar kəndə hücum etdi

11 Sentyabr, 2017 18:21 | Hadisə | Baxış sayı: 140

Hadisə ötən gecə saatlarında baş verib

Şəkinin Babaratma kəndi canavarların hücumuna məruz qalıb. İstiPress-in Şəki-Zaqatala bürosu xəbər verir ki, canavarlar kənd sakini Orucov Elmana məxsus olan qoyunlara hücum edərək 20 baş xırdabuynuzludan 18 –ni parcalayaraq tələf edib. Ümumiyyətlə isə son günlərdə Babaratma və ətraf kəndlərdə canavar hücumu artıb. İki gün öncə kənddə canavarın hücumu nəticəsində iki iribuynuzlu tələf olub.