Azərbaycanda ata və qızını öldürüb küçəyə atdılar

11 Sentyabr, 2017 09:50 | Hadisə | Baxış sayı: 262
Meyit
Meyit

Onları gənc qadının sevgilisi qətlə yetirib

Abşeronda dəhşətli qətl törədilib. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirdəri nəticəsində qətlin S. Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.