Ər arvadını döyərək öldürdü

11 Avqust, 2020 12:56 | Hadisə | Baxış sayı: 172
Xəstəxana
Xəstəxana

Xaçmazın Köhnə Xudat kəndində ər arvadını döyərək öldürüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini, 38 yaşlı Rəşad Rəşidov həyat yoldaşı, 37 yaşlı Raisə Sədrəddinovna Rəşidovanı döyərək xəstəxanalıq edib.

Avqustun 2-də Xaçmaz rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Raisə Rəşidova avqustun 10-da burada dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, ər arvadını şəxsi münasibətlər zəminində döyərək qətlə yetirib.

Xaçmaz polisi arvadını həyatdan məhrum etmiş Rəşad Rəşidovu isti izlərlə yaxalayaraq istintaqa təhvil verib. Rayon prokurorluğunda cinayət işi açılıb. İstintaq başlanılıb.