Güclü yağış Azərbaycana ziyan vurdu YENİLƏNİB II, VİDEO, FOTO

11 Avqust, 2018 15:45 | Hadisə | Baxış sayı: 801
Qax - seldən sonra
Qax - seldən sonra

Qaxda körpünü sel apardı, Qubada kəndlər işıqsız qalıb, Şəkidə və Zaqatalada həyətləri su basıb

İntensiv yağışlar Zaqatala rayonunda da fəsadlara ayol açıb. İstiPress-in Bölgə müxbirinin verdiyi məlumata görə, güclü yağış nəticəsində Yevlax -Zaqatala-Gürcüstan magistral yoluna sel düşüb. Yolun üzərindəki Muxax-Lahic-Bəhmətli və Zəyəm kəndlərini su basıb. Sel suları əhalinin həyətyanı sahəsinə dolub, evlərə və əkin sahələrinə ciddi ziyan vurub. 

Rayonun ən böyük çayı Talaçayın daşaması nəticəsində Höytala, Böhtala ve Silban kəndlərini sel basıb.

Sel suları rayon mərkəzinə də ziyan vurub. Vasif Qurbanov, Nizami küçələri, eləcə də Azərbayacan prospektindəki evlərin həyətlərinə sel suları dolub.

Yağışın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.

Saat 11:48

Ötən gündən başlayan güclü yağıaş Qax rayonuna da ciddi ziyan vurub.  İstiPress-in bölgə müxbirinin verdiyi məlumata görə, Qax rayonunun Qum ve Çinarlı kəndlərini birləşdirən körpünü sel aparıb.

Nəticədə rayon mərkəzi ilə əlaqə kəsilib. 

Çinarlı kəndinin sakinləri, eyni zamanda istirahət üçün kəndə üz tutan turistlərin mərkəzə ge tməsiundə problem yaranıb. 

Saat 09:10

Ölkə ərazisində dəyişən hava şəraiti, intensiv yağışlar fəsadlarını göstərməyə başlayıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, Qubada ötən gecə güclü yağış nəticəsində rayonun Talabıqışlaq kəndindəki 10000 voltluq elektrik dirəyində yanğın baş verib. Nəticədə naqillər alışıb.

Talabıqışlaq da daxil olmaqla ətraf kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Yanğına səbəb köhnə elektrik dirəyinə yağış suyunun düşməsi nəticəsində meydana çıxan qısaqapanma olub.

Quba FHK-nin sədri Aydəmir Manafov bildirib ki, yanğın sovet dövründən qalma, 50-60 illik köhnə elektrik dirəyində baş verib. Alovun fəsadları  "Azərişıq" ASC-nin Quba şöbəsinin qəza briqadası tərəfindən alınıb.

Güclü yağış Şəkidə də fəsadlara yol açıb. Ötən günün ikinci yarısından başlayaraq Kiçik Dəhnə kəndinə intensiv yağış yağamağa başlayıb. Daha sonra kəndə güclü sel gəlib. Sel kənddəki 1 saylı tam orta məktəbin həyətini və əksər evlərin həyət-bacasını basıb.

Sakinlərin sözlərinə görə, adətən yayı çox quraqlıq keçən və susuzluqdan əziyyət çəkilən bu kənddə sel nadir hallarda müşahidə olunur.

Yağışın sakinlərə vurduğu ziyan barədə hələlil məlumat yoxdur.

Şəkidə sel