Qiyamətin yeni tarixi - "Nibiru" gəlir

11 Avqust, 2017 09:10 | Hadisə | Baxış sayı: 524
Günəş tutulması
Günəş tutulması

Günəş tutulan gün dünya dağılacaq

Dünyanın sonunun yeni tarixi açıqlanıb. İstiPress-in məlumatına görə, yeni qiyamət ssenarisinə görə, dünya bu ay - avqustda dağılacaq. 

Belə düşünməyə isə son 10 ilin ən önəmli kosmik hadisəsi kimi görülən Günəş tutulması əsas verir. Günəş tutulması ən ibtidai mədəniyyətlər dövründən dünyanın sonu ilə əlaqələndirilir. Yeni ssenarini isə məşhur ingilis numeroloq David Mead ortaya atıb. Günəş tutulması avqust ayının 21-də gerçəkləşəcək. İddiaya görə, tutulma zamanı "Nibiru" adlı bir planet Yerə çırpılacaq. 

Numeroloq “X Plameti - 2017 gəlir"(Planet X-The 2017 Arrival) adlı kitabında Dünyaya çırpılacağını idia etdiyi "Nibiru"nun Cənub Qütbündən yaxınlaşdığını qeyd edib. Bunun üçün də NASA tərəfindən görülmür. 

Təbii ki, NASA həmin gün bu iddiaları təkzib edib. 

Tam Günəş tutulması ən aydın şəkildə Şimali Amerikadan izlənəcək. Tutulma 2 dəqiqə 45 saniyə davam edəcək. Bu hadisə gecəyə düşdüyü üçün Azərbaycan və qonşu ölkəlrədə görünməyəcək.