Qarğa 7 aylıq körpəni öldürdü

11 Avqust, 2017 10:55 | Hadisə | Baxış sayı: 385
Qarğa
Qarğa

Quş evə açıq pəncərədən girib

Misirdə bədbəxt hadisə körpənin ölümü ilə nəticələnib. İstiPress-in məlumatına görə, hadisə İsgəndəriyyə şəhərində baş verib. 

Açıq qalan eyvan pəncərəsindən evə girən quş 7 aylıq körpəni dimdikləməyə başlayıb. Qarğa beşiyində yatan Adəm adlı körpəni boynundan yaralayıb. 

Səsə gələn valideynləri quşu qova biliblər. Yaralı uşaq isə dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı şahidlərin ifadəsinə inanmayan polis araşdımaaya başlayıb. lakin araşdırmadan sonra hər şeyin onlar dediyi kimi olduğu təsdiqlənib və uşağın ölmündə cinayət işini olmadığı açıqlanıb.