Misirdə qatarlar toqquşdu - 28 ölü

11 Avqust, 2017 19:07 | Hadisə | Baxış sayı: 23
Misirdə qatarlar toqquşdu
Misirdə qatarlar toqquşdu

50 nəfər yaralı var

Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində 28 nəfər həlak olub, 50 sərnişin xəsarət alıb.

İstiPress-in məlumatına görə, hazırda itkilərin və xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Qatarların hansı səbəbdən toqquşması səbəbi məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.