Metroda yanğın: sərnişinlər təxliyə edildi - VİDEO

11 Avqust, 2017 14:24 | Hadisə | Baxış sayı: 304
London metrosunda yanğın
London metrosunda yanğın

Qatarların hərəkəti dayandırıldı

London metropolitenində qatarların birində yanğın baş verib.

İstiPress-in RİA agentliyinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həmin xəttdə qatarların hərəkəti dayandırılıb.

İnsanlar təxliyə edildikdən sonra stansiya polis tərəfindən bağlanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.