Eldar Sultanovun bacısı oğlu yol qəzasında dünyasını dəyişib

11 Avqust, 2017 12:44 | Hadisə | Baxış sayı: 149
Piyada keçidi - Yol nişanı
Piyada keçidi - Yol nişanı

Abşeron RPİ tərəfindən araşdırma aparılır

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.

Allah rəhmət eləsin!