Ananın oğluna son baxışı - dəhşət kameraya düşdü - VİDEO

11 Avqust, 2017 14:42 | Hadisə | Baxış sayı: 482
Piyada ölümü
Piyada ölümü

Onu ölümdən xilas edə bilmədi

Türkiyədə 3 yaşlı uşağın ölümü ilə nəticələnən dəhşətli qəza anbaan kameralara düşüb. İstiPress-in məlumatına görə, qəza Mersinin Tarsus rayonunda olub.

Anası ilə gəzən 3 yaşlı uşaq Serdar Karaboğan anidən onun əlini buraxaraq maşın yoluna qaçıb. 27 yaşlı qadın uşağı tutmaq üçün onun arxasınca qaçıb. Körpənin qolundan tutan anda isə onların hər ikisini yolla hərəkət edən maşın vurub.

Çırpılmanın təsirindən ana və oğlu yola düşüblər. Körpə maşının altında qalaraq bir neçə metr sürüklənib. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Ana isə yaralıdır. 

Ananın övladını ölümünün əlindən almaq cəhdləri və ona son toxunuşu isə yaxınlıqdakı iş yerinin kamerasına düşüb.