Məktəbin həyətində kişi meyiti tapıldı

11 İyul, 2019 16:46 | Hadisə | Baxış sayı: 257
Meyit
Meyit

Narkotikin təsirindən öldüyü ehtimal edilir

Xaçmaz şəhərindəki 3 saylı məktəbin həyətində kişi meyiti tapılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, polisin araşdırması zamanı ölən şəxsin Xaçmaz şəhər sakini, 43 yaşlıRafiq Mustafa oğlu Bağırov olması müəyyənləşib.

Mərhumun üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmasa da onun narkotikin təsirindən öldüyü ehtimal edilir.

Bu məqsədlə meyit lazımi müayinəyə götürülüb, araşdırma gedir. Ölüm faktını Xaçmaz prokurorluğunun əməkdaşları araşdırır.

Ölümün tam səbəbi təyin edilmiş ekspertizaların rəyindən sonra məlum olacaq.