Gənc qadın qarpızdan zəhərlənərək öldü - NAZİRLİK

11 İyul, 2019 11:42 | Hadisə | Baxış sayı: 194
Təcili yardım maşını
Təcili yardım maşını

Xəstəxanaya kritik vəziyyətdə gətirilib, amma xilas etmək mümkün olmayıb

Biləsuvarda 27 yaşlı Cəmilə Əlizadə qarpızdan zəhərlənərək ölüb.

İstiPress-in məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, C.Əlizadə dünən axşam saatlarında xəstəxanaya kritik vəziyyətdə gətirilub. Yaxınları bildiriblər ki, qadın qarpız yeyəndən sonra zəhərlənib. Xəstəyə mümkün tibbi yardımlar göstərilsə də, o, səhər saat təxminən 05:30-da ölüb. Faktla bağlı rayon hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Nazirlikdən əlavə ediblər ki, mərhumun yaxınları ölümün səbəbinin müəyyənləşdirilməsi məqsədilə meyitin Məhkəmə Tibbi-Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verilməsinə qəti etirazlarını bildiriblər. Buna görə də ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.