Sərnişin avtobusu minik maşını ilə toqquşdu - yaralananlar var

11 İyul, 2018 14:35 | Hadisə | Baxış sayı: 48
Qəzaya uğramış "Ford"
Qəzaya uğramış "Ford"

Masallı rayonunda minik maşını ilə mikroavtobus toqquşub, yaralılar var.

İstiPress-in məlumatına görə, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Xıl kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Ford" markalı mikroavtobus və "Hundai" markalı minik maşını toqquşub.

Qəza nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər onlardan bir neçəsinin vəziyyətini ağır kimi qiymətləndiriblər.