Həmkəndlisini güllələyən şəxs tutuldu

11 İyul, 2018 17:04 | Hadisə | Baxış sayı: 50
Ov tüfəngi
Ov tüfəngi

Daşkəsəndə həmkəndlisinə güllə atan şəxs tutulub.

İstiPress-ə DİN-dən verilən məlumata görə, iyulun 10-da Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədov istiqamətində atəş açıb. Nəticədə E.Məmmədov yüngül xəsarət alıb.

S.Məmmədov Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.