Gəncədə polisin öldürülməsi VİDEOya düşdü

11 İyul, 2018 11:33 | Hadisə | Baxış sayı: 2895
Gəncədə ixtişaş
Gəncədə ixtişaş

Şəhərdə aksiyaya cəhd ötən gün axşam olub

Ötən gün Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib. İstiPress-in məlumatına görə, qarşıdurma zamanı iki polis polkovniki öldürülüb.

Öldürülənlər Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur. 

Sosial şəbəkələrdə onlardan birinin öldürülməsi anının videosu paylaşılıb. İstiPress "Qafqazinfo"ya istinadla həmin görüntüləri təqdim edir: