Adnan Oktar və "kediciklər"i tutuldu FOTO, YENİLƏNİB

11 İyul, 2018 15:30 | Hadisə | Baxış sayı: 539
Adnan Oktar
Adnan Oktar

Polis "ilahiyyatçı" ya qarşı böyük əməliyyata başlayıb

Bu gün polis tərəfidnən saxlanılan "ilahiyyatçı" Adnan Oktarın sərvəti müsadirə edilib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, onun şirkət, dərnəklərinə qəyyum təyin edilib. 

Bir neçə ünvanda eyni anda əməliyyat keçirən polis A.Oktarın və "kediciklər"inin hər kəsi qısqandıracaq həyatını da gün üzünə çıxarıb. Onun müsadirə edilən sərvətinə malikanələr, lüks maşınlar, ferma və s daxildir. 

Saat 09:48

Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar həbs edilib. İstiPress-in Türkiyə mətbuataına istinadla verdiyi məlumata görə, onunla birlikdə çox sayda tərəfdarı da saxlanılıb. Polis bu gün səhərə yaxın 5 regionda ona və tərəfdarların qarşı böyük əməliyyat həyata keçirib. Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.

A.Oktardan əlavə 200-ə yaxın tərəfdarı da tutulub. Saxlanılanlar azyaşlı cinayət qruplaşması qurmaq, uşaqlara, dini inanclara təcavüz, çirkli pulların yuyulması, casusluq, təhdid və şantaj etməkdə ittiham olunur.

Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.