Xaçmazda avtomobil eşşək arabasını vurub

11 İyul, 2017 12:08 | Hadisə | Baxış sayı: 105
Eşşək arabası
Eşşək arabası

Arabanı sürən travma alıb

Xaçmazın Ağyazi-Buduq kənd yolunda eşşək arabası ilə təsərrüfat işləri görməyə gedən sakini avtomobil vurub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qaçay Hacıyev müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb.

Maşının özəl firmalardan birinə məxsus olduğu deyilir.