Mahaçqalada tanker partladı, ölənlər var

11 İyun, 2019 10:15 | Hadisə | Baxış sayı: 53
Rusiya FHN
Rusiya FHN

Partlayış və yanğın səhər saat 05 radələrində baş verib

Mahaçqalada dəniz ticarəti limanında tankerlərdən birində güclü partlayış baş verib. TASS-ın məlumatına görə, hadisə səhgər saat 05 radələrində qeydə alınıb. Partlayış nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb. Daha 1 nəfərin itkin düşdüyü bildirilir. İki nəfər isə yaralıdır. Onlardan birinin vəziyyəti olduqca ağırdır. 

Partlayışdan sonra tankerdə yanğın başlayıb. Partlayışın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil.

Hazırda tankerdə qəzadan sonra neft məhsullarının axması təhlükəsi yoxdur.