Bakıda avtobus qəzası - 4 qadın yaralandı

11 İyun, 2019 17:57 | Hadisə | Baxış sayı: 57
Qəzaya uğrayan avtobus
Qəzaya uğrayan avtobus

Bakının Suraxanı rayonu, Zığ yolunda 104 saylı marşrutun iştirakı ilə qəza baş verib.

İstiPress-in məlumatına görə, hadisə bu gün saat 17 radələrində baş verib, nəticədə 4 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara aparılıb.

Faktı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, 34 və 43 yaşlı yaralı qadınlar Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasına, 50 yaşlı yaralı qadın Klinik Tibbi Mərkəzə, 35 yaşlı qadın isə neyrocərrahiyyə xəstəxanasına aparılıb. Yaralıların vəziyyəti orta-ağırdır.