Xalq şairinin oğlu qəfil öldü

11 İyun, 2018 08:25 | Hadisə | Baxış sayı: 1502
Yas çadırı
Yas çadırı

Müşfiq Cabiroğlu infarkt keçirib

Azərbaycanın Xalq şairi Cabir Novruzun yazıçı oğlu Müşfiq Cabiroğlu  iyunun 10-da qəfildən vəfat edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, o Bakıda yaşadığı evdə qəfildən keçinib.

Mərhum yazıçı 4 gün əvvəl Xızıda - Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Bölgə müxbirinin məlumatına görə, həmin tədbir zamanı da 53 yaşlı M.Cabiroğlu çox gərgin və əsəbi olub. Hətta Cabir Novruz Mədəniyyət Fondu adından verilən hədiyyəni Azərbaycan Güləş Federadiyasının vitse-prezidenti Cavanşir Qurbanova vermək istəyərkən mərhumun ayağı pilləkənlərə ilişərək yıxılıb və hədiyyə sınıb. 

Müşfiq Cabiroğlu Cabir Novruzun sağ qalan yeğanə oğlu idi. Ailənin böyük oğlu, Abşeronun icra başçısı olmuş Mirzə Novruzov 2007-ci ildə avtomobil qəzasında həlak olub. Vüqar Novruzov isə 2014-cü ildə infarktdan dünyasını dəyişib. 

Cabir Novruz 3 cü oğlunun adını məhz Mikayıl Müşfiqin şərəfinə adlandırmışdı. M.Cabiroğlu Xalq artisti Əliabbas Qədirovun kürəkəni idi.