Öldürdü, itkin saydılar, 15 gün sonra özü polisə təslim oldu

11 İyun, 2018 19:44 | Hadisə | Baxış sayı: 268
morq
morq

15 gündür Xaçmszda itkin düşdüyü ehtimal edilən kişinin əslində öldürüldüyü məlum olub.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xacmaz rayon sakini Şahin İmanov iyunun 11-də rayon polis şöbəsinə könüllü gələrək tanışı Elbrus ilə birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə
yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

Məlumatla əlaqədar Xaçmaz rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz mərkəzi rayon xəstəxanasının morquna aparılıb. Müəyyən edilib ki, 51 yaşlı Xaçmaz şəhər sakini Mirzə Bədəl oğlu Əzizov qətlə yetirilib. Hazırda mərhumun meyiti Səhiyyə Nazirliginin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsindədir.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb.