Məşhur müğənninin oğlu saxlanıldı

11 İyun, 2018 14:35 | Hadisə | Baxış sayı: 285
Tuncay Bərdəli
Tuncay Bərdəli

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

İstiPress "Unikal.org"a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Müğənni Aytac Bərdəli açıqlamasında qardaşının həbsi barədə danışmaq istəmədiyini bildirib:

"Bu barədə danışmaq istəmirəm. Hadisədən də xəbərim yoxdur".