Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
İstiPress-ə DİN-dən verilən məlumata görə, iyunun 9-da saat 7 radələrində Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.
Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Mühərrik hissəsində qısaqapanma olub
Əvvəllər məhkum olmuş şəxs cinayəti etiraf edib
İnsident 33 yaşlı kişi ilə 41 yaşlı qadın birlikdə içki içdikdən sonra baş verib
Azyaşlı bir həftə evdə ac-susuz və tək qalıb
Evdən çıxan qadın bir daha geri qayıtmayıb