Bakıda 7 nəfərlik oğru dəstəsi tutuldu

11 İyun, 2018 17:05 | Hadisə | Baxış sayı: 63
Cinayətkarın həbsi - ARXİV
Cinayətkarın həbsi - ARXİV

Buzovnada oğurluq edən 7 nəfərdən ibarət dəstə tutulub.

İstiPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da Xəzər rayonunun Buzovna qəsəbəsindəki evlərin birindən 23 manat, 300 manat dəyərində qızıl boyunbağı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 7 qəsəbə sakini saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.