Azərbaycanda şirkət rəhbərini soydular

11 İyun, 2018 09:56 | Hadisə | Baxış sayı: 62
İmza
İmza

Şirkətin işçisi imzanı saxtalaşdıraraq 37 min avronu hesabdan çıxara bilib

ATEF Şirkətlər Qrupunun rəhbərliyinə qarşı dələduzluq edilib. İstiPress-in “report”a istinadla verdiyi məlumata görə, şirkətlər qrupunun Muşahidə Şurasının sədri Talıb Əlixanbəyov hüquq-mühafizə ortqanlarına müraciət edərək şirkətin bir qrup əməkdaşının onun imzasını saxtalaşdıraraq Estoniyada yerləşən “European Power Solutions Estonia” şirkəti ilə müqavilə bağlanıldığını və həmin şirkətin hesabına 37000 avro pulun xəbərsiz köçürüldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ATEF Şirkətlər Qrupu 1998-ci ildə özəlləşdirilən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkətlər qrupu yağ transformatorları, gərginlik transformatorları, komplekt transformator yarımstansiyaları, stabilizatorlar və s. istehsal edir.