"KamAZ" kanala aşdı - sürücü həyatını itirdi

11 İyun, 2017 02:25 | Hadisə | Baxış sayı: 103
"Kamaz"
"Kamaz"

Sabirabad RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır

Sabirabad rayonunun Nərimankənd kəndində kənd sakini Ş.Məmmədov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.

Daxili İşlər Nazirliyindən (DİN) İstiPress-ə verilən məlumata görə, sürücü hadisə yerində ölüb. Sabirabad RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.