Gürcüstanda sərnişin qatarı yük maşını ilə toqquşaraq relsdən çıxıb

11 İyun, 2017 14:40 | Hadisə | Baxış sayı: 38

Xəsarət alanlar var

Gürcüstanın Qori rayonunda sərnişin qatarı yük maşını ilə toqquşaraq relsdən çıxıb.

İstiPress-in məlumatına görə, yük avtomobildə olan sürücü və sərnişin xəsarət alıb. Onların həyatı üçün heç bir təhlükə yoxdur. Qatarda olan sərnişinlər xəsarət almayıblar.

Faktla bağlı araşdırılma aparılır.