Azərbaycanda dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü FOTO, VİDEO (+ 18)

11 İyun, 2017 16:45 | Hadisə | Baxış sayı: 804

Əsəbi zəif olanlar videogörüntüyə baxmasın

Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb.

İstiPress xəbər verir ki, şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub.

58 yaşlı piyada Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Adı Səidədir. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində şadlıq saraylarından birində müğənnilik edir.

Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif  başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib.

Mənbə:pressclub.az