Azərbaycanda əsgər yanından qayıdan ailənin dəhşətli sonu - 5 ölü

11 May, 2019 09:31 | Hadisə | Baxış sayı: 643
Qəzaya uğrayan "Mercedes"
Qəzaya uğrayan "Mercedes"

Sumqayıtda "Mercedes" "İveco" ilə toqquşub

Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 43-cü km-də, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

50 yaşlı İlham Məmmədtağı oğlu Qasımovun idarə etdiyi "Mersedes" markalı avtomobillə Laçın rayonunun Güləbirt kənd sakini, hazırda Sumqayıt şəhərində yaşayan 42 yaşlı İlham Yelmar oğlu Həsənovun idarə etdiyi "İveco" markalı avtomobil toqquşub. Nəticədə "Mersedes"in sürücüsü İlham Qasımov və 4 sərnişini hadisə yerindəcə ölüblər. Ölənlər aşağıdakılardır:

52 yaşlı Məhəbbət Ələkbər qızı Musayeva

45 yaşlı Saleh Xəlil oğlu Musayev

47 yaşlı Amil Şeydabəy oğlu Məmmədov

32 yaşlı hadisə Vidadi Mövlud oğlu Nuriyev

Ölənlərin avtomobildə sıxılıb qalmış meyitlərini FHN-nin Sumqayıt regional mərkəzinin xilasediciləri çıxara biliblər.

Qəzada həlak olan sürücü və sərnişinlərin hamısı Şabran rayonunun Ağalıq kənd sakinləridirlər. Amil Məmmədov, Saleh və Məhəbbət Musayevlər Goranboyda hərbi xidmətə başlayan oğullarının andiçmə mərasimindən qayıdırlarmış. 

Məlumata görə, "İveco"nun sürücüsü avtomobili sərxoş halda idarə edib. Qəza ilə bağlı cinayət işi açılıb. Dəhşətli qəzanın baş verməsinin səbəbləri araşdırlır. Sağ qalan sürücünün sərxoş olub olmaması dəqiqləşdirilir.