Dörd uşaq anası intihar etdi - cinayət işi başlandı - FOTO

11 Mart, 2020 16:55 | Hadisə | Baxış sayı: 145
İntihar - ARXİV
İntihar - ARXİV

Ən kiçik övladı 7 ay əvvəl dünyaya gəlib

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb. Rayon sakini, 27 yaşlı qadın Günay Quliyeva özünü yaşadığı evdən asaraq intihar edib.

Qeyd edək ki, G.Quliyeva 4 uşaq anasıdır. Onun ən kiçik övladı 7 ay əvvəl dünyaya gəlib. G.Quliyevanın yaxınlarının sözlərinə görə, Günayın ailəsində tez-tez ailə daxili münaqişələr olub. Qadın intihardan əvvəl ata evində olub. Evinə qayıdan qadın özünü asaraq öldürüb. İntihar edən gənc qadının başında və bədənində xəsarətlər də olub. Ailə üzvləri G.Quliyevanın həyat yoldaşı tərəfindən öldürüldüyünü iddia edir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır və Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.