Qusarda ögey qız anasının meyitini tapdı

11 Fevral, 2019 09:47 | Hadisə | Baxış sayı: 224
Meyit
Meyit

Epilepsiyası olan qadının meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Qusarın Qaratoba kəndində ölüm hadisəsi baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, kənd sakini 51 yaşlı Saniyə Uspat qızı Bayramovanın yaşadığı evin mətbəxində meyiti tapılıb. Qadının meyitini onunla birgə yaşayan ögey qızı 39 yaşlı Aynurə Qubat qızı Abdurzayeva görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Məlumat daxil olan Qusarın prokurorluq və polis əməkdaşları hadisə yerinə gəlib, hadisə yerinin və meyitin müayinəsi aparılıb.

Mərhumun yaxınları onun ögey qızı Aynurə tərəfindən öldürülməsini iddia edirlər. Lakin bu fakt hüquq-mühafizə orqanları tərəfindən təsdiq olunmayıb. Meyitin üzərində hər hansı xəsarət, zorakılıq əlamətləri aşkar olunmayıb.

Aynurə Abdurzayeva bildirib ki, mətbəxə keçərkən Saniyə Bayramovanı yerə yıxılmış vəziyyətdə görüb və onun öldüyünü müəyyən edib. Bundan sonra dərhal polisə məlumat verib.

S.Bayramovanın epilepsiya xəstəliyindən əziyyət çəkməsi,bu xəstəlikdən rayon xəstəxanasında bir neçə dəfə  müalicə aldığı da məlum olub.

Ölümün səbəblərini tam müəyyən etmək üçün meyit bu gün daxili ekspertizadan da keçiriləcək. Qusar prokurorluğunda ölüm faktına görə araşdırma başlanılıb.