Qəbristanlığa çağırıb namus üstündə vurdu

11 Fevral, 2019 16:48 | Hadisə | Baxış sayı: 323
Ov tüfəngi
Ov tüfəngi

Qarın boşluğundan 2 güllə yarası alanmərhum hadisə yerində ölüb

Siyəzəndə namus üstündə qətl baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə bu gün səhər 9 radələrində rayonun Qara Siyəzən kənd qəbristanlığında qeydə alınıb.

Siyəzən şəhəri, Babək küçəsi - 49 ünvanında yaşayan, 52 yaşlı Asim Qənimət oğlu Əbilov üzərində olan ov tüfəngilə Siyəzən şəhər sakini, Heydər Əliyev - 104 ünvanında yaşayan, 51 yaşlı Elşən Binnətəli oğlu Qədirliyə atəş açıb. Qarın boşluğundan 2 güllə yarası alan Elşən Qədirli hadisə yerindəcə ölüb.

Rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, qanlı olaya namus üstündə qısqanclıq səbəb olub.

Siyəzən polisi isti izlərlə qətldə şübhəli bilinən Asim Əbilovu yaxalayaraq istintaqa təhvil verib. Onun cinayətdə istifadə etdiyi ov tüfəngi də maddi sübut kimi götürülüb.

Siyəzən rayon prokurorluğunda CM-nin 120.1-qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb. Məlumat üçün bildirək ki, ölən və öldürən evlidir, hərəsinin 2 övladı var.