Məktəb şagirdi 18 yaşlı yeniyetməni bıçaqladı

11 Fevral, 2019 17:49 | Hadisə | Baxış sayı: 79
Qanlı bıçaq
Qanlı bıçaq

Bıçaqlayanın 15 yaşı var

Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Şəki şəhər sakinləri - 2003-cü il təvəllüdlü Məmməd Əyyubov mübahisə zəminində 2001-ci il təvəllüdlü Nəzir Adil oğlu Abdullazadəni bıçaqlayıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona bel nahiyəsinin sağ və sol tərəflərinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, M.Əyyubov Şəki şəhərindəki ümumtəhsil məktəblərindən birinin X sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.