Bakıda 15 yaşlı yeniyetmə özünü asdı

11 Fevral, 2019 14:56 | Hadisə | Baxış sayı: 111
İntihar
İntihar

37 yaşlı kişi də yaşadığı evdə özünü asaraq intihar edib

Bakı şəhəri, Sabunçu rayonunda iki nəfər özünü öldürüb.

İstiPress-in məlumatına görə, rayonun Kürdəxanı qəsəbəsində 15 yaşlı Ə.Quluzadə özünü yaşadığı evdə asaraq intihar edib.

Sabunçu rayonunun Ləhic bağlarında 37 yaşlı H.Mustafayev də yaşadığı evdə özünü asaraq intihar edib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.