Tərtərdə 16 yaşlı qız sevgilisinə görə özünü asdı

11 Yanvar, 2019 12:51 | Hadisə | Baxış sayı: 111
İntihar
İntihar

Ata-anası elçilərə "yox" deyibmiş

Tərtər rayonunun Təzəkənd kəndində 16 yaşlı qız intihar edib.

İstiPress-in “qafqazinfo”ya istinadla verdiyi məlumata görə, hadisə ötən gün saat beş radələrində baş verib. Qasımlı Ayşən Nemət qızı özünü yaşadığı evin yardımçı tikilisində asıb.

İlkin məlumata görə, intihara səbəb ailəsinin 2-3 gün əvvəl ona elçi gələn sevdiyi oğlana verməməsi olub.