Rusiyada məscid yandı

11 Yanvar, 2019 10:04 | Hadisə | Baxış sayı: 27
Yanğınsöndürən
Yanğınsöndürən

Hadisə səhərə yaxın Omskda baş verib

Rusiyanın Omsk vilayətində məscid yanıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə səhərə yaxın - saat 05 radələrində baş verib.

Yanğının miqyası böyük olduğu üçün hadisə yerinə 7 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın məscidin isidilən döşəməsindən başlayıb. 

Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.