Bakının mərkəzində vəhşicəsinə qətl - FOTO

11 Yanvar, 2019 16:58 | Hadisə | Baxış sayı: 247
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Mərhum ürəyindən bıçaqlanaraq öldürülüb

Bakının mərkəzində, “Nizami” metro stansiyasının yaxınlığında - Salatın Əsgərova küçəsi, 64-dədəhşətli qətl hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Bakı şəhər prokurorluğu qətlə yetirilən şəxsin 1996-cı il təvəllüdlü Asif Şamiyev olduğunu bildirib. Mərhum ürəyindən bıçaqlanaraq öldürülüb.

Yasamal rayon Polis Idarəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bıçaqlanmış gənc
Bıçaqlanmış gənc