Avropa buz bağladı, 17 ölü

11 Yanvar, 2019 13:14 | Hadisə | Baxış sayı: 100
Qarlı hava
Qarlı hava

Qaç uçqunu təhlükəsinə görə qış turizm mərkəzləri də bağlanıb

Avropada qış özünün ən sərt üzünü göstərib. Sərt şaxta, intensiv qar yağışı insan tələfatına da səbəb olub. Son məlumata görə, ən pis vəziyyət Cənubi, Mərkəzi və Qərbi Avropadadır. Müxtəlif ölkələrdə hökm sürən sərt qışa görə artıq 17 nəfər ölüb. Minlərlə insan öz evlərində çıxılmaz vəziyyətdə qalıb. 

Sinoptiklər yaxın günlərdə havanın daha da sərtləşəcəyini proqnozlaşdırırlar. Qarın hündürlüyü iki metri ötə bilər. 

Almaniya və Avstryanın cənub-şərqində təhlükənin qırmızı həddi elan edilib. Almaniyada qara görə skeleton üzrə Avropa çempionatı təxirə salınıb. Alp dağlarındakı bir çox turizm mərkəzi qar uçqunu təhlükəsinə görə bağlanıb, turistlər evakuasiya ediliblər. 

Latviyada temperatur -20 dərəcəyə kimi düşüb.