Xəzərdə hərbi gəmi qəzaya düşdü

11 Yanvar, 2018 13:25 | Hadisə | Baxış sayı: 86
İrana məxsus gəmi
İrana məxsus gəmi

İtkin düşənlər var

İranın hərbi gəmisi qəzaya uğrayıb. İstiPress-in məlumatına görə, qəza Xəzər dənizində bu gün səhər saatlarında baş verib. Qəza nəticəsində iki matros itkin düşüb. Artıq onların axtarışı başlayıb.

İlkin ehtimala görə, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub. Belə ki, küləkli hava nəticəsində dalğaların hündürülüyü bir neçə metrə çatıb. Gəmi dalğaqırana (limanı dalğa təsirindən qorumaq üçün bənd) çırpıldığı üçün ciddi ziyan görüb. 

"Damazand" adlı gəminin korpusunun uzunluğu 1000 metrdir.