Rusiya erməni biznesmeni ölkədən qovdu

11 Yanvar, 2018 13:55 | Hadisə | Baxış sayı: 96
Miqrasiya
Miqrasiya

Ona Rusiyaya girmək belə qadağan edilib

Daha bir erməni biznesmen Rusiyaya getmək şansını itirdi. İstiPress-in məlumatına görə, İrəvan sakininin Rusiyada özünə biznes qurmaq arzusu ürəyində qalıb.

O, bu ölkəyə qaçaqmal siqaret keçirmək istəyib. Sərhədçilər və gömrükçülərin isə qaçaqmala göz yummasını istəyib. Əlbətdə ki, nəyinsə müqabilində. Lakin planı baş tutmayıb. Erməni saxlanılıb və məsuliyyətə cəlb edilib.

Həbsxanadan çıxanda isə onu miqrasiya xidmətinin əməkdaşları qarşılayıblar. Erməni biznesmen öz ölkəsinə deportasiya edilib. İndi o, azı 8 il Rusiyaya girə bilməyəcək. 

Sərhəd xidmətindən verilən məlumata görə, son zamanlar Rusiyada yaşayıb, işləmək qanunlarını pozan, ölkəyə giriş qadağası qoyulan ermənilərin sayı dayanmadan artır.