Nazirliyin qarşısındakı lüks oteldə milyonluq oğurluq şoku

11 Yanvar, 2018 08:40 | Hadisə | Baxış sayı: 145
Soyğun olan otel
Soyğun olan otel

24 saat qorunan küçədəki zərgərlik mağazası soyuldu

Fransanın ən lüks otellərindən biri ötən gecə görünməmiş soyğun şoku yaşayıb. İstiPress-in məlumatına görə, hadisə Parisin mərkəzindəki "Ritz-Carlton" otelində baş verib. Silahlı soyğunçular 4 milyon avro dəyərindəki qızıl-zinət əşyalarını oğurlayıblar. 

Qarətə məruz qalan oteldəki zərgərlik mağazası olub. Naməlum şəxslər baltalarala mağazanın şüşələrini sındırıblar. Böyük soyğunun üstünü həmin vaxt ərazidə gəzən bir polis ala bilib. O, oğruların qaçmasına mane olmağa çalışıb.

4 milyonluq zinəti oğurlayan şəxslər uzağa qaça bilməyiblər. Polis onlardan üçünün saxlandığını açıqlayıb. 

Maraqlıdır ki, soyulan otel ölkənin Ədliyyə Nazirliyinin düz qarşısında yerləşir və ərazidəı 24 saat mühafizə xidməti fəaliyyət göstərir.