Eyni gündə Azərbaycan, İran və İraq silkələndi

11 Yanvar, 2018 12:10 | Hadisə | Baxış sayı: 127
zəlzələ
zəlzələ

Eyni vaxtda üç ölkədə zəlzələ olub

Azərbaycanda zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzindən İstiPress-ə verilən məlumata görə, yeraltı təkanların maqnitudası 3.4 olub. 
Zəlzələ yerli vaxtla saat 07:13-də Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində baş verib. Zəlzələ hiss olumayıb. 

Bu gün İraqda da güclü zəlzələ olub. istiPress-in məlumatına görə, paytaxt Bağdadı silkələyən təkanların gücü 5,5 bal olub. Təkanlar yaxın şəhərlərdə də hiss edilib. Avropa Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ saat 10 radələrində baş verib. Hələlik təlafat və dağımn tı barədə məlumat verilmir. 

Xatırladaq ki, bu gün həmçinin İranda da zəlzələ olub. Səhərə yaxın baş verən zəlzələ 5,1 bal gücündə olub. Təkanlaçrın episentri ölkənin cənub-qərbindəki Hucidek şəhəri olub. İtki barədə məlumat yoxdur.