Xəzərdə 4,5 bal gücündə zəlzələ olub

11 Yanvar, 2017 19:54 | Hadisə | Baxış sayı: 26
Zəlzələ
Zəlzələ

Zəlzələ hiss olunmayıb

Xəzər dənizində zəlzələ baş verib.

İstiPress Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 18:28:05-də, Nardarandan 160 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə olunub.

Maqnitudası 4,5 bal olan zəlzələ 59 kilometr dərinlikdə baş verib. Zəlzələ hiss olunmayıb.