Transformatora müdaxilə etdi, həyatını itirdi

11 Yanvar, 2017 12:21 | Hadisə | Baxış sayı: 37
Komplekt  Transformator Məntəqəsi
Komplekt Transformator Məntəqəsi

Tovuz sakinini elektrik cərəyanı vurub

Tovuz rayonunun Əhmədabad kəndində yaşayan Ramiz Səfərov elektrik cərəyanı vurması nəticəsində ölüb.

İstiPress-in Daxili İşlər Nazirliyinini mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, rayonun Əhmədabad kəndində yaşayan Ramiz Səfərov kənd ərazisindəki transformatora müdaxilə edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.