Təcili tibbi yardım maşını qəzaya uğrayıb - 5 ölü

11 Yanvar, 2017 03:58 | Hadisə | Baxış sayı: 41
Təcili tibbi yardım maşını qəzaya uğrayıb
Təcili tibbi yardım maşını qəzaya uğrayıb

Hadisə Rusiyanın Saxalin vilayətində olub

Rusiyanın Saxalin vilayətində təcili tibbi yardım (TTY) maşınının iştirakı ilə baş vermiş ağır yol qəzasında 5 nəfər ölüb. Onlardan dördü elə TTY maşınında olub.

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in Saxalin vilayəti üzrə idarəsinin mətbuat xidmətində deyilir.

Məlumata görə, hadisə Cənubi Saxalin-Oxa yolunun 203-cü kilometrliyindəki Makarovsk rayonunda, TTY maşını ilə "Isuzu Elf" markalı yük avtomobilinin toquşması nəticəsində qeydə alınıb. Həmin vaxt yük maşınının dayanmış vəziyyətdə olduğu və qabarit işıqlarını yandırmadığı deyilir. Şahidlərin dediyinə görə, TTY maşını sonradan yanmağa başlayıb.

Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.