"Reina" terrorçusu yenə qaçdı

11 Yanvar, 2017 06:12 | Hadisə | Baxış sayı: 72
A.Maşaripov yenə polisin əlindən qaçmağı bacardı
A.Maşaripov yenə polisin əlindən qaçmağı bacardı

Polis onu oğurluq bir avtomobildə görüb

Türkiyədə yeni il gecəsi "Reina" klubunda törətdiyi silahlı hücumdan sonra paltarlarını dəyişdirərək yoxa çıxan Özbəkistan vətəndaşı Abdulqadir Maşaripov hələ də hər yerdə axtarılır. Ancaq bu günlərdə onun yenə də polisin əlindən qaçmağı bacardığı üzə çıxıb.

İstiPress-in "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, axtarış əməliyyatlarını gücləndirən və yollara nəzarəti artıran polis ötən gün Bakırköydə "Toyota" markalı bir avtomobili dayandırıb. Arxa oturacaqda oturan bir adamın Maşaripova bənzəməsi səbəbilə polislər ondan şəxsiyyət vəsiqəsi istəyib.

Ancaq bu zaman sürücü qaza basaraq qaçıb və nəticədə polislə həmin şəxslər arasında qaç-qov yaşanıb. Ancaq arxa oturacaqda oturan şəxsin polis avtomobilinin təkərinə atəş açması səbəbindən təqib yarımçıq qalıb. Oğurlanmış olduğu müəyyən olunan avtomobil isə daha sonra Bəyoğlu bölgəsində yol kənarında tapılıb. Əməliyyatın davamı kimi fərqli ünvanlara basqın edən polis bir nəfəri nəzarətə götürüb. Maşaripov isə hələ də ortada yoxdur.