Qubada ana bətnindən gələn yarımçıq döl tapılıb

11 Yanvar, 2017 19:03 | Hadisə | Baxış sayı: 433
Döl tapılıb
Döl tapılıb

Ekspertlər tapılan döldən nümunələr götürüb

Qubanın Zərdabi qəsəbəsində ölü uşaq tapılıb. 

Quba yerli icra hakimiyyətindən "İstiPress"in Şimal bürosuna bildirilib ki, zibillikdən tapılan yarımçıq "döl" insan dölüdür. Araşdırmamız zamanı müəyyən olunub ki, ana bətnindən gələn 4 aylıq dölü kimsə zibilliyə atıb. 

Hal-hazırda əraziyə baxış keçirilib və ekspertlər tapılan döldən nümunələr götürüb. Dölün kimə məxsus olduğu bilinmir və araşdırılır. Tapılan döl araşdırmalardan sonra torpağa basdırılıb.