Operator şirkət rəhbərinə 700 min manat "atdı"

11 Yanvar, 2017 17:35 | Hadisə | Baxış sayı: 35
5, 50 və 100 manatlıqlar
5, 50 və 100 manatlıqlar

Şirkət rəhbərinə qarşı külli miqdarda dələduzluq edilib

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib. İstiPress-in Səbail RPİ-nə istinadən verdiyi xəbərə görə Abşeron rayon sakini 1961-ci il təvəllüdlü Bilalov Elçin Parapel oğlu Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus "Foodini" MMC-də operator işləyən Xaçmaz rayon sakini, 30 yaşlı Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.