Keçiddən istifadə etməyən piyada canından oldu

11 Yanvar, 2017 11:09 | Hadisə | Baxış sayı: 14
Piyada qəzası
Piyada qəzası

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.  İstiPress-in xəbərinə görə, hadisə ötən gecə paytaxtın Heydər Əliyev prospektində, piyada keçidinin yaxınlığında qeydə alınıb. Naməlum avtomobil yolu keçən şəxsiyyəti hələ müəyyən edilməmiş kişini vuraraq öldürüb.

Qeyd edək ki, hadisə baş verən ərazidə yerüstü piyada keçidi var. Yolu keçən şəxs piyada keçidindən istifadə etməyib.

Faktla bağlı araşdırma aparılır.