İstanbulda terror həyəcanı - Metro bağlandı

11 Yanvar, 2017 18:52 | Hadisə | Baxış sayı: 66
Bomba həyəcanı
Bomba həyəcanı

Hazırda polis əməkdaşları stansiyada yoxlama aparır

İstanbulda Yeni il gecəsi əyləncə klubunda 39 nəfərin öldüyü, 65 nəfərin yaralandığı terror aktını törədən Əbdülqədir Maşaripovun "Bağçılar" metro stansiyasında görünməsi barədə məlumat daxil olandan dərhal sonra polis metronu bağlayıb.

İstiPress-in RİA agentliyinə istinadən məlumatına görə, bütün sərnişinlər stansiyadan çıxarılıb. Hazırda polis əməkdaşları stansiyada yoxlama aparırlar.

Şübhəli şəxsin başqa istiqamətə getməsi ehtimalı ilə əlaqədar olaraq ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.